Məhz Rusiya tərəfinin təklifi ilə atəşkəs əldə edildi - Prezident İlham Əliyev

16:00 14.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında sentyabrda Ermənistanın Azərbaycan sərhədində törətdiyi son təxribatlardan danışarkən deyib.

“Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı", - dövlət başçısı vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər